İstefa verən Şuşan Stepanyan atasının kim olduğunu açıqladı - Füzulidə öldürülüb…- FOTO

21.11.2020 14:16 10
Mətn ölçüsü:
  • 100%
İstefa verən Şuşan Stepanyan atasının kim olduğunu açıqladı - Füzulidə öldürülüb…- FOTO

Ermənistan Müdafiə nazirliyinin sözçüsü Şuşan Stepanyan istefa ərizəsini təqdim edib.
Arasdırma.info xəbər verir ki, bu barədə Şuşan Stepanyan “Facebook” səhifəsində yazıb.
Ermənistan Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, o, Birinci Qarabağ müharibəsində döyüşən və Füzulidə öldürülən Şahen Stepanyanın qızıdır.
Şuşan Stepanyan yazıb ki, Hadrutda anadan olduğum üçün bu müharibəyə münasibətim də fərqli idi.
“Müharibənin nəticəsini yalnız Müdafiə Nazirliyinin nümayəndəsi kimi deyil, həm də şəxsi itki kimi qəbul edirəm”, - deyə Şuşan Stepanyan yazıb.
Qeyd edək ki, 1962-ci ildə Hadurut şəhərində anadan olan Şahen Eduard oğlu Stepanyanın seperatçıların tərkibində Azərbaycan Ordusuna qarşı döyüşmüş və 5 iyul 1993-cü ildə əsgərlərimiz tərəfindən Füzuli rayonunun ərazisində məhv edilib.//yeniavaz
İstefa verən Şuşan Stepanyan atasının kim olduğunu açıqladı - Füzulidə öldürülüb…- FOTO
Təsisçi: Ç.Qurbanoğlu
Tel: (+99455) 700 00 00