Maduro suallarını bəyənmədiyi jurnalistləri ölkədən qovdu

Oxunma sayı: 647
28-02-2019, 07:01

Maduro suallarını bəyənmədiyi jurnalistləri ölkədən qovdu
Venesuela prezidenti Nikolas Maduro suallarını bəyənmədiyi jurnalistləri ölkədən xaric etdirib.



Arasdırma.info“Qafqazinfo”ya istinadən xəbər verir ki, belə bir iddia ilə meksikalı jurnalist Corc Ramos çıxış edib. O, Maduro ilə görüş zamanı prezidentə zibillikdən yemək axtaran venesuelalı gənclərin videosunu göstərib.



Ardınca “Bir demokrat bunu eləməz” deyən jurnalist Maduronun qəzəbinə tuş gəlib. Ramosla birgə daha 6 jurnalistin suallarını bəyənməyən prezident əvvəlcə onları nəzarətə saldırıb, daha sonra isə deportasiyalarına göstəriş verib.



Venesuelanın İnformasiya Nazirliyi məsələ ilə bağlı açıqlamasında baş verənləri ABŞ-ın dəstəyi ilə təşkil edilmiş “ucuz şou” adlandırıb.

Paylaş
Xəbər lentİ