Ermənistan dağılır: Yollar bağlandı

Oxunma sayı: 348
30-11-2020, 23:41

Ermənistan dağılır: Yollar bağlandı
Ermənistanın paytaxtı Yerevanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən aksiyaçılar şəhərin mərkəzində yerləşən Maştos prospektini bağlayıblar. Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir. "Biz ölkəmizin gələcəyindən narahat olan vətəndaşlar kimi bir sıra aksiyalara başlayır, Paşinyanın istefasını tələb edirik", - aksiya iştirakçılarından biri bildirib. Onların hamısı bundan sonra "Satqın Nikol", - deyə qışqırmağa başlayıblar. Polis Maştos prospektini bağlayan etirazçıların bir neçəsini saxlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları güc tətbiq etməklə aksiyaçıların ayaqlarından və əllərindən tutaraq onları zorla polis maşınlarına mindiriblər. “Vəziyyət gərgin olaraq qalmaqda davam edir”, - “News.am” bildirib. Qeyd edilir ki, Yerevanın polis əməkdaşları etiraz aksiyası zamanı ümumilikdə 33 nəfəri saxlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyaçıları sıxışdırmağa çalışıblar.

Paylaş
Xəbər lentİ