Ermənistanda 5 dekabrda yenidən aksiyalar olacaq.

Oxunma sayı: 315
2-12-2020, 16:03

Ermənistanda 5 dekabrda yenidən aksiyalar olacaq.
Arasdırma.info xəbər verir ki, bunu "Çiçəklənən Ermənistan" müxalifət partiyasından olan millət vəkili İveta Tonoyan açıqlayıb.

Bildirilib ki, mitinq paytaxt İrəvanın Azadlıq Meydanında olacaq. İştirakçıların tələbi baş nazir Nikol Paşinyanın istefasıdır.

Qeyd edək ki, 17 müxalifət partiyası baş nazir Nikol Paşinyan tərəfindən Qarabağla bağlı üçtərəfli bəyanatın imzalanmasına cavab olaraq 10 noyabrdan bəri İrəvanda mitinqlər keçirir. Müxalifət Paşinyanın istefasını, xilasetmə komitəsinin yaradılmasını və bəyanatın bəzi müddəalarında dəyişiklik tələb edir.

Ermənistanın Xüsusi İstintaq Xidməti "qanunla müəyyən edilmiş qaydaları pozaraq yığıncaq təşkil etmək və keçirmək" maddəsi ilə cinayət işi açıb. Sanksiyanın iki aylıq tətbiqi nəzərdə tutulur.

Paylaş
Xəbər lentİ