Bu açıqlama dünyanı sarsacaq “5 il içində Aydayıq”

Oxunma sayı: 611
27-03-2019, 18:18

Bu açıqlama dünyanı sarsacaq “5 il içində Aydayıq”
Tramp rəhbərliyi Amerika Aviasiya və Kosmik dairəsi Nasaya qarşıdakı 5 il içində Aya yenidən kosmonaft göndərilməsi üçün işlərə başlanmasına görə təlimat verib.

Arasd;rma/info Metbuat.az istinadla bildirir ki, Amerika nazir müavini Mike Pence Alabamada təşkil olunan Milli Kosmos Şurasının iclasında “Eynilə 1960-cı illərdəki kimi kosmos yarışı içindəyik” deyərək Amerikanın qarşıdakı 5 il içində amerikalıları yenidən Aya göndərmə hədəfinin olduğunu açıqlayıb.Nasa lideri Cim Bridenstine də Tvitterdən “Aya kommersiya göndəriş xidməti üçün ilk təlimatı yayımladıq” deyə yazıb.

Nasa daha əvvəl 2028-ci ilə qədər Aya kosmanaft göndərməyi qarşısına məqsəd qoymuşdu. Tramp rəhbərliyi 2020-ci ilə qədər Amerika silahlı qüvvələrinin 6-cı vahidi olaraq fəaliyyət göstərəcək Kosmos Gücü qurulacağını bildirmiş, prezident Donalt Tramp fevral ayında buna dair qərarnaməni imzalamışdı. Amerika Müdafiə Nazirliyi də Konqresə Kosmos Gücü yaranması ilə bağlı təklifini mart ayının əvvəlində göndərib.

Paylaş
Xəbər lentİ