Braziliyada COVID-19-dan ölənlərin sayı 204 mini ötdü

Oxunma sayı: 297
13-01-2021, 06:12

Braziliyada COVID-19-dan ölənlərin sayı 204 mini ötdü
Braziliyada yeni növ koronavirus infeksiyasından ölənlərin sayı artmaqda davam edir.

Arasdırma.info xəbər verir ki,bu barədə ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, təkcə son bir gün ərzində 1 110 nəfər infeksiyanın yaratdığı xəstəlikdən ölüb. Bununla da pandemiyadan dünyasını dəyişənlərin sayı 204 690 nəfərə çatıb.

Ölkədə koronavirusa yoluxanların ümumi sayı 8 195 637 nəfərə çatıb, son 24 saat ərzində 62 025 şəxsin COVID-19 testi müsbət olub. Müalicə alan 7 273 707 pasiyent sağalıb, aktiv xəstə sayı isə 717 240 nəfərdir.//report

Paylaş
Xəbər lentİ