"Girov götürülən dənizçilərin xilası üçün səylər davam etdirilir" - Ərdoğan

Oxunma sayı: 22
25-01-2021, 06:38

"Girov götürülən dənizçilərin xilası üçün səylər davam etdirilir" - Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücuma məruz qalmış “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəminin kapitanlarından Furkan Yarenlə telefonla danışıb.

Arasdırma.info “Report”a istinadən xəbər verir ki, hadisə ilə bağlı bütün prosesləri yaxından izləyən Türkiyə Prezidenti Qabonda lövbər salan gəmidən sağ qalan üç nəfərin sağlamlıq durumu haqqında məlumat alıb və yenidən sağalmaları ilə bağlı istəklərini çatdırıb.

Rəcəb Tayyib Ərdoğan gəminin dəniz quldurları tərəfindən girov götürülən heyət üzvlərinin xilas olunması üçün səylərin davam etdiyini bildirib.

Qeyd edək ki, yanvarın 23-də dəniz quldurları Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə hücum edib. Nəticədə gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, hücum zamanı Fərman İsmayılov adlı azərbaycanlı mühəndis öldürülüb.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər. Gəmi dünən Qabonun “Gentil” limanında lövbər salıb.

Paylaş
Xəbər lentİ