Gürcüstanda zəlzələ: Zaqatala və Qax da silkələndi

Oxunma sayı: 579
8-04-2019, 00:14

Gürcüstanda zəlzələ: Zaqatala və Qax da silkələndi
Gürcüstanın Kaxeti bölgəsində paytaxt Tiflisdən təxminən 170 kilometr aralıda 4.6 bal gücündə zəlzələ baş verib.

Arasdırma.info Axar.aza istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən informasiya yayılıb.

Zəlzələnin episentri yerin 31 kilometr dərinliyində qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi də zəlzələnin Zaqatala stansiyasından 43 km məsafədə, Gürcüstan ərazisində 4,5 bal gücündə baş verdiyini, Azərbaycanın sərhəd rayonlarında 3 bal gücündə hiss olunduğunu bildirib.

Paylaş
Xəbər lentİ