Ərdoğan ilin sonuna kimi... ABŞ-dan şok təhdid

Oxunma sayı: 610
10-04-2019, 01:15

Ərdoğan ilin sonuna kimi... ABŞ-dan şok təhdid
Türkiyə "S-400” Rusiya zenit raket komplekslərini əldə edərsə, onda ona qarşı sanksiyalar daxil ediləcək.

Arasdırma.info Publika.az-a istinadla xəbər verir ki, bu haqda Amerika senatorlar qrupunun "The New York Times” üçün qələmə aldığı məqaləsində deyilir.

"İlin sonuna Türkiyə ya "F-35” qırıcıları, ya da "S-400” hava hücumuna qarşı müdafiə üzrə Rusiya sistemlərinə malik olacaq”, - qeyd edilib.

Bildirilir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın seçim dünyada onun ölkəsinin yeri, həmçinin ABŞ-la münasibətləri və NATO-dakı mövqeləri üçün ciddi nəticələrə səbəb olacaq.

"Əgər prezident Ərdoğan bu seçimi etməzsə və "S-400”-ləri alarsa, onda Türkiyəyə qarşı ABŞ qanunvericiliyinə uyğun olaraq sanksiyalar tətbiq ediləcək”, - məqalədə bildirilir.

Qeyd edək ki, ötən gün Rusiya prezidenti Vladimir Putinlə görüşən Ərdoğan "S-400” məsələsinin artıq bitdiyini bəyan edib.

Aprelin 3-də isə ABŞ-ın vitse-prezident Maykl Pens Türkiyəni NATO və "S-400” arasında seçim etməyə çağırıb.

Paylaş
Xəbər lentİ