İndoneziyada 6,8 bal gücündə zəlzələ olub

Oxunma sayı: 575
12-04-2019, 17:24

İndoneziyada 6,8 bal gücündə zəlzələ olub
İndoneziyada 6,8 bal gücündə zəlzələ olub. Zəlzələnin ardından sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

Arasdırma.info xarici mətbuata istinadən xəbər verir ki, təbii hadisə Sulavesi adasında qeydə alınıb. İndoneziya Meteorologiya, İqlim və Geofizika İdarəsinin məlumatına görə yeraltı təkanlar 10 kilometr dərinlikdə baş verib. Zəlzələnin fəsadları barədə məlumat verilmir.

Xatırladaq ki, bu ölkədə zəlzələlər tez tez baş verir və Sulavesi adasında 2018-ci il sentyabrın 28-də baş vermiş 7,5 bal gücündə dağıdıcı zəlzələ və sunami nəticəsində 4340 insan həyatını itirmişdi.

Paylaş
Xəbər lentİ