Zelenskinin Ofisi qarşısında toqquşma - 27 polis yaralanıb

Oxunma sayı: 324
24-02-2021, 09:53

Zelenskinin Ofisi qarşısında toqquşma - 27 polis yaralanıb
Kiyevin mərkəzində Ukrayna Prezidenti Vladimir Zelenskinin Ofisinin qarşısında toqquşmalar baş verib.

Arasdırma.info xəbər verir ki, bu barədə Pravda.ua məlumat yayıb.

Bildirilib ki, qarşıdurma nəticəsində 27 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.

Toqquşmalar polis və insan oğurluğuna görə yeddi il müddətinə həbs edilmiş “Sağ sektor”un Odessa bölməsinin eks-rəhbəri Sergey Sternenkonun tərəfdarları arasında baş verib.//publika

Paylaş
Xəbər lentİ