Erməni kəşfiyyatçı: “300 nəfərlik tabor üzündə təbəssümlə ət maşınına getdi”

Oxunma sayı: 277
5-04-2021, 15:10

Erməni kəşfiyyatçı: “300 nəfərlik tabor üzündə təbəssümlə ət maşınına getdi”
“Müharibənin 27-ci günü idi, bizi əsas, Ağdərənin sağ qanadındakı mövqelərimizdən sola, Suqovuşan tərəfinin mövqelərinə köçürdülər, Ağdərənin 49971 nömrəli hərbi hissəsinin müddətli əsgərləri oradakı mövqelərdə idilər”.

Arasdırma.info xəbər verir ki, bunu erməni kəşfiyyatçı Andranik Poğosyan “Facebook” səhifəsində yazıb.

“Oğlanları əvəz etməyə getdiyimizdə bizdə sual yarandı ki, onların taborunun şəxsi heyətini hara aparırlar?

Oğlanlar sevinə-sevinə üzlərində təbəssümlə dedilər ki, çimmək, təmizlənmək, evə “opuska”ya getmək, dincəlmək və geri qayıtmaq üçün Xankəndiyə gedirlər.

300 nəfərlik tabor üzündə təbəssümlə getdi. Ət maşımına getdilər, çünki aldatmışdılar və “Qırmızı Bazar”a aparmışdılar”, - deyə o qeyd edib.//ordu.az

Paylaş
Xəbər lentİ