Ukrayna prezidenti dövlətə xəyanətdə ittiham olundu

Oxunma sayı: 526
28-06-2019, 22:57

Ukrayna prezidenti dövlətə xəyanətdə ittiham olundu
Ukraynanın müxalif “Radikal partiyası”nın lideri Oleq Lyaşko prezident Vladimir Zelenskinin Avropa Şurası Parlament Assambleyasında yaranan vəziyyətə görə vətənə xəyanətdə ittiham edib


FAN agentliyi xəbər verir ki, Ali Radanın deputatının sözlərinə görə, Vladimir Zelenskinin əvvəldən Rusiya Federasiyasının AŞPA-dakı hüquqlarının bərpa ediləcəyindən xəbəri olub, lakin bu barədə Ukrayna nümayəndə heyətinə məlumat verməyib.

Oleq Lyaşko bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edərək prezidentin hərəkətlərində dövlətə xəyanət əlamətlərinin olub-olmaddığının araşdırılmasını istəyib.

Ukraynalı siyasətçi dövlət başçısının məsələ ilə əlaqədar parlamentə müraciət etməməsini təəccüblə qarşıladığını bildirib. Lyaşkonun sözlərinə görə, bu, elə özü xəyanətin göstəricisidir. Çünki Vladimir Zelenski səsvermədən bir həftə qabaq Paris və Berlində rəsmi ziyarətləri zamanı ona rusiyalı deputatların Parlament Assambleyasının iclaslarına geri qayıdacaqlarını deyiblər.

Qeyd olunur ki, Ukrayna prezidenti də öz növbəsində qanunverici hakimiyyətin nümayəndələrini günahlandırır. Bununla bərabər Ukrayna lideri avropalı tərəfdaşlarının ona əvvəlcədən Dövlət Duması deputatlarının geri gələcəyini söylədiklərini inkar etməyib.

V.Zelenski avropalı liderlərin belə bir qərar almasından məyusluğunu gizlətməyib. O, Rusiyanın Assambleyanın prinsipial tələblərini yerinə yetirmədən qayıdışının doğru olmadığını deyib, lakin E.Makron və A.Merkelin onun bu sözlərinə qulaq asmadığını dilə gətirib.

ABŞ-ın “The National İnterest” jurnalı isə səsvermədən bir gün sonra yayımladığı məqalədə Vladimir Zelenskinin narahat olması gərəkdiyini yazıb. “Fransa və Almaniyanın mövqeyi onların rəsmi Moskva ilə dialoq yoluna çıxdıqlarını göstərir”, - deyə yazıda bildirilib.(musavat.com)

Paylaş
Xəbər lentİ