Hollivud ulduzu qızının atası ilə nişanlandı - FOTO

Oxunma sayı: 254
14-09-2021, 21:59

Hollivud ulduzu qızının atası ilə nişanlandı - FOTO
Hollivud aktrisası Keyt Hadson dörd il birlikdə yaşadığı biznesmen Denni Fudzikava ilə nişanlanıb.

Bu barədə ulduz özünün “Instagram” hesabında paylaşım edib.

42 yaşlı aktrisa 35 yaşlı sevgilisi ilə dəniz fonunda şəklini paylaşıb və bəyin bağışladığı brilyant üzüyü nümayiş etdirib. O fotolara “Getdik” şərhini yazıb.

Hadson və Fudzikava təxminən 15 ildir tanış olmalarına baxmayaraq, 2016-cı ildən bəri görüşürlər. Cütlüyün 2018-ci ildə Rani adlı qızları dünyaya gəlib.

Aktrisanın keçmiş münasibətlərindən daha iki övladı var.
Hollivud ulduzu qızının atası ilə nişanlandı - FOTO
Hollivud ulduzu qızının atası ilə nişanlandı - FOTO
Hollivud ulduzu qızının atası ilə nişanlandı - FOTO

Paylaş
Xəbər lentİ