NASA-dan şok iddia: Marsda su tapıldı, yaşamaq mümkündür

Oxunma sayı: 256
18-09-2021, 00:17

NASA-dan şok iddia: Marsda su tapıldı, yaşamaq mümkündür
ABŞ-ın Milli Kosmos İdarəsi (NASA) Marsda “Perseverance” kosmik aparatının əldə etdiyi ilk nümunələrin “qırmızı planet”də su olduğunu göstərdiyini açıqlayıb.

Arasdırma.info xəbər verir ki, NASA bunun Marsda həyatın mövcudluğuna böyük sübutlar verdiyini bildirib.
Agentlik ölanetdəli Jezero kraterinin vaxtilə həyat üçün potensial mühit olduğunu iddia edib. Əldə edilən yeni nümunələr qədim lava axınlarından əmələ gəldiyini göstərən bazaltik tərkibə malikdir.

Əldə edilən torpaq nümunəsi uzun müddətdir Marsda yeraltı suların mövcud olduğunu göstərir.

“Bu, Marsdakı maye suyun tarixidir. Bu, daha böyük suallara cavab verməyə kömək edəcək”, - NASA yetkilisi Mitç Şult deyib.

Eyni zamanda, tədqiqatçılar torpaq nümunələrində yeraltı suların buxarlandığı zaman əmələ gələ biləcək duzların olduğunu təsbit ediblər. Bu minerallar Marsın qədim iqlimi və yaşayış potensialına dair yeni dəlillər üzə çıxara bilər. Bu kimi minerallara Yerdə də rast gəlinir.

Elm adamları yeraltı suların vaxtilə Jezeronun içərisinə axan sudan qaynaqlandığını və ya gölün qurumasından sonra sızdığını da ehtimal edirlər. Ancaq Marsın səthini dəyişdirən suyun on minlərlə və ya milyon illərdir mövcud olub olmadığı bəlli deyil. NASA suyun keçmişdə planetin mikroskopik həyat üçün daha əlverişli olması üçün kifayət etdiyini iddia edib.//teleqraf

Paylaş
Xəbər lentİ