Gürcüstandakı erməniləri ayağa qaldıracağıq - Arşakyan

Oxunma sayı: 215
12-10-2021, 19:08

Gürcüstandakı erməniləri ayağa qaldıracağıq - Arşakyan
Gürcustan hakimiyyəti antierməni addımlar atmazdan öncə bir “Cavax”ı (Gürcüstan Respublikasının doqquz diyarından biri Cavaxeti nəzərdə tutulur – red.) yada salsınlar.

Arasdırma.info xəbər verir ki, bu fikrlə Ermənistanın siyası şərhçisi Tevos Arşakyan çıxış edib.

Onun sözlərinə görə, “qədim erməni torpağı” olan “Cavax”ın 99.9%-ni ermənilər təşkil edir:

“Bu, bizim torpaqlardır. Tiflis ağlını başına yığmasa, biz “Cavax”dakı erməniləri ayağa qaldıracağıq. Hazırda Gürcüstan Azərbaycana və Türkiyəyə sərf edən addımlar atır, Ermənistanın maraqlarını isə ümumiyyətlə nəzərə almır. Bu, gürcülərə baha başa gələ bilər”.

Qeyd edək ki, ermənilərin “özününkü” saydığı Samtsxe-Cavaxeti torpaqlarında qədimdən gürcü xalqının tərkib hissələrindən olan cavaxlar və mesxeti türkləri məskunlaşmışlar. Ermənilər bu diyarlara 1829-cu ildə rusların dəstəyi ilə köçüblər. Britaniyalı siyasi xadim M.F.Praysın yazdığına əsasən, Cavaxetiyə o vaxt 120 min erməni köçürülüb. Bu ərazilərə ikinci böyük erməni miqrasiya dalğası 1877-1878-ci illərdə baş tutub. Bu torpaqların əzəli sakinləri gürcülər və mesxeti türkləri isə 1944-cü ilə qədər Cavaxetidən deportasiya edilmişdi.

Azərbaycanlılar üçün tanış olan bir ssenari bu gün ermənilər tərəfindən gürcü xalqına yazılır.

Paylaş
Xəbər lentİ