Tehranla Bakı arasında KRİTİK VƏZİYYƏT: İran Azərbaycana qarşı HÜCUMA KEÇDİ

Oxunma sayı: 217
13-10-2021, 07:53

Tehranla Bakı arasında KRİTİK VƏZİYYƏT: İran Azərbaycana qarşı HÜCUMA KEÇDİ
İran XİN sözçüsü Səid Xətibzadə bu gün yenə Azərbaycandan danışıb və iddia edib ki, əllərində 44 günlük müharibə başlayan vaxtdan terrorçu qrupların Azərbaycan ərazisinə köçürülməsi ilə bağlı dəlil-sübut, hətta səs yazıları var.

“Terrorçu” iddiasını hələ müharibənin gedişində Xamenei gündəmə gətirdi: ötən bir il müddətində eyni iddianı təkrarlayırlar, indiyə qədər heç bir dəlil açıqlanmayıb.

Lakin məhz indi “dəlil-sübutdan” bəhs etmələri diqqət çəkir: bu, İranın iddialarını “sübut etmək” mərhələsinə keçidi və artacaq təzyiq siyasətini əsaslandırmağa hesablanıb;

Müharibə dövründə Ermənistan tərəfi Yaxın Şərqdən Azərbaycana “terrorçuların” gətirilməsini sübut etmək üçün montaj olunmuş səs yazıları və görüntülər hazırlayırdı. Hətta Azərbaycan sərhəd xidmətinin hərbi geyiminə bənzər formaları erməni əsgərlərə geyindirir, səhnələr hazırlayırdılar, David Tonoyanın görüşündə DSX-nın uniformasını geyinmiş erməni əsgərlərin olması bunu sübut etdi.


İran da eyni yola əl ata, montaj olunmuş səs yazıları, görüntülər təqdim edə bilər: Tehranın terrorçularla geniş əlaqələri onlar üçün bu işi daha da asanlaşdırır;

Və istisna deyil ki, həmin “dəlil-sübutu”, “səs yazılarını” XİN rəhbəri Abdullahian Bakıya səfərində gətirəcək: məqsəd İranın bölgədə atacağı addımlara haqq qazandırmaqdır;//publika

Paylaş
Xəbər lentİ