Kəşfiyyat sənədləri yayıldı: UNO qəzaya uğradı, iki yadplanetli ələ keçdi

Oxunma sayı: 249
14-10-2021, 08:33

Kəşfiyyat sənədləri yayıldı: UNO qəzaya uğradı, iki yadplanetli ələ keçdi
Argentina Donanması ilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) arasında 1962-ci ilə aid yazışmalar üzə çıxıb.

Arasdırma.info xəbər verir ki, yazışmalarda uçan naməlum obyektin (UNO) qəzaya uğraması nəticəsində 2 yadplanetlinin öldüyü barədə məlumatlar yer alıb.

Yazışmalar polkovnik Roberto Sezar Müllen və Milli İstintaq Komitəsinin yetkilisi Riçard Holl arasında baş verib.

Sənədlərdə UNO qəzasının Argentinada baş verdiyi bildirilib. Sözügedən qəzada 2 yadplanetlinin öldüyü barədə məlumatlar bütün dünyada təəccüb yaradıb.

Yazışmalarda qeyd edilib ki, Argentinadakı Amerika bazasındakı hərbçilər bazanın yaxınlığında göydən parlaq bir cisimin düşdüyünün şahidi olublar. Bundan sonra üç hərbçinin dərhal qəza yerinə getdiyi bildirilib.

Sənədlərdə olay yerinə gələn hərbçilərin 2 yadplanetlinin cəsədi ilə qarşılaşdıqlarına dair qeydlər yer alıb. Sənədlərin rəsmi olub-olmadığı hələ məlum deyil. Bunun medianın spekulyasiyası ola biləcəyini deyənlər də var.//teleqraf
Kəşfiyyat sənədləri yayıldı: UNO qəzaya uğradı, iki yadplanetli ələ keçdi
Kəşfiyyat sənədləri yayıldı: UNO qəzaya uğradı, iki yadplanetli ələ keçdi
Kəşfiyyat sənədləri yayıldı: UNO qəzaya uğradı, iki yadplanetli ələ keçdi

Paylaş
Xəbər lentİ