Moskvada 7 qocanı öldürən azərbaycanlı dəstə: onları içirdib...

Oxunma sayı: 52
14-10-2021, 22:14

Moskvada 7 qocanı öldürən azərbaycanlı dəstə: onları içirdib...
Rusiya Baş Prokurorluğu tərəfindən Moskvada bir neçə nəfərin ölümü ilə bağlı aparılan istintaq yekunlaşıb.

Arasdırma.infonun yerli mediaya istinadla bildirir ki, söhbət “qara rieltorlar” tərəfindən mənzilləri ələ keçirilən 7 yaşlı adamın qətlindən gedir.

İstintaq materiallarına görə, Azərbaycan vətəndaşları Qabil Vəliyev, Hüseyn Hüseynov və Emin Səlimovun işi məhkəməyə göndərilib. Bu dəstənin üzvləri yaşlı adamların evlərini cinayət yolu ilə əldə etməkdə təqsirli bilinirlər.

Məlumata əsasən, onlar yaşlı adamları sərxoş edərək müvafiq sənədlərə qol çəkdirib, sonra isə öldürüblər. 2007-ci ilin yanvar ayından, 2008-ci ilin sentyabr ayınadək Hüseyn Hüseynov və Emin Səlimov Mahir Paşayev və Janna Parşuk ilə əlbir olaraq ümumilikdə 7 Moskva sakininin həyatına son qoyublar. Həmin adamları paytaxtdan Nijni Novqorod vilayətinə aparıb, orda öldürürmüşlər.

Paylaş
Xəbər lentİ