Avtomobil Baş Gömrük İdarəsində açıq bazar.

Oxunma sayı: 555
16-08-2019, 22:36

Avtomobil Baş Gömrük İdarəsində açıq bazar.
Son zamanlar Respublikaya çoxlu sayda avtopmobil daxil olub.Yay sezonu olduğundan avtomobil bazarında da ,aktivlik qeydə alınıb.Avtomobil gətirənlərin gömrük rüsumu ödənişində problemlər yaşanmaqdadır.Belə ki,həmişəki qaydada gömrük rüsumu fərdi qaydada alınır.Maraqlısı odur ki,hərəyə bir qiymət deyilir.Eyni mühərrikli avtomobillərə görə avtomobil alverçilərinə bir qiymət.digərlərinə başqa qiymət deyilir.Burada bir tapmaca var,nədir bu tapmaca,niyə alverçilərə aşağı qiymət yazılır.?
-Müsahibimiz bütün gününü Gömrük idarəsində keçirib və 2400 mühərriki olan 2011-ci ilin Hyundai Sonataya 10500 manat qiymət qoyulub.Uzun söz-söhbətdən sonra düşüb 10minə razılaşıblar.Rəsmiləşdirmə zamanı alverçilərdən biri yaxınlaşıb,daha aşağı qiymətə həll edə biləcəyini söyləyib.Maraqlıdır ki,niyə qiymətlər fərqlidir.Buna görə kim məsuliyyət daşıyır.Bir müddət əvvəl bütün köhnə kadrları dəyişərək,yeniləri ilə əvəz etdilər.Lakin heç nə dəyişmədi.Görünür kadrlar dəyişsədə rəhbərlər dəyişməyib.Məsələ ilə bağlı Avtomobil Baş Gömrük İdarəsi ilə əlaqə saxladıq.Lakin telefonlara (+99412) 565-16-88 cavab verən olmadı.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Avtomobil Baş Gömrük İdarəsində açıq bazar.

Paylaş
Xəbər lentİ