Mehriban Əliyeva: Ad günümdə aldığım ən gözəl hədiyyə sizin dəstəyiniz, etimadınız və sevginizdir

Oxunma sayı: 503
26-08-2019, 23:15

Mehriban Əliyeva: Ad günümdə aldığım ən gözəl hədiyyə sizin dəstəyiniz, etimadınız və sevginizdir
Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyeva doğum gününü təbrik edənlərə təşəkkür edib.

Təşəkkürdə deyilir:

Əziz dostlar!

Ad günüm münasibətilə təbriklərə, ürəkdən gələn xoş arzulara görə hər birinizə təşəkkür edirəm.

Ad günümdə aldığım ən gözəl hədiyyə sizin dəstəyiniz, etimadınız və sevginizdir. Buna görə sizlərə dərin minnətdarlığımı bildirirəm. Hamınıza xeyirxahlıq, xoşbəxtlik, əmin-amanlıq və tərəqqi arzulayıram.

Səmimiyyətlə,

sizin Mehriban Əliyeva.

Paylaş
Xəbər lentİ