Bakıda masaj salonu adı altında əxlaqsızlıq yuvası fəaliyyət göstərir.

Oxunma sayı: 1 279
10-09-2019, 01:43

Bakıda masaj salonu adı altında əxlaqsızlıq yuvası fəaliyyət göstərir.
Xətai rayonu Nəsrəddin Tusi küçəsində yaşayan sakinlərin şikayəti masaj salonundandır. Bu masaj salonu General Şıxliniski 34-C ünvanındakı binanın zirzəmisində fəaliyyət göstərir.

Sakinlər iddia edirlər ki, obyekt sahibləri burada masaj salonu adı ilə əxlaqsızlıq yuvası təşkil ediblər. Bu azmış kimi, günün müxtəlif saatlarında obyektin qarşısında yaranan səs-küy sakinlərin haqlı narazılığına səbəb olur.

Sakinlər bildirir ki, masaj salonundakı bütün səslər evin içində asanlıqla eşidilir:

"Evdə uşaq var, yaşlı var. Gecə bir-birlərinə bıçaq çıxarırlar. Burada 171 saylı məktəb var. Şagirdlər hər gün onun qarşısından keçirlər, hər gün onu görmək məcburiyyətindədirlər. Qadınların isə çılpaq vəziyyətdə çıxıb çöldə oturmaları bizim hamımızı narahat edir".

Sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticə əldə edə bilməyiblər:

"Bir dəfə bağladılar, reklamını sökdülər. Səhər isə gətirib onun yerinə daha böyük reklam vurdular, başladılar işləməyə".
Arasdırma.info olaraq onu da bildirmək istəyirik ki,bu kimi massaj salonlarından hər rayonda var.Lakin onların fəaliyyəti gizli olduğundan o qədər də səs küyə səbəb olmur.Şəhərimizin mərkəzində bir neçə yerdə fəaliyyət göstərən salonlarda 10-15 xanım çalışır.Massaj adı altında intim xidmət təklif olunur.

Paylaş
Xəbər lentİ