Azərbaycanda 6 hakim intizam məsuliyyətinə cəlb edilib

Oxunma sayı: 446
18-09-2019, 18:09

Azərbaycanda 6 hakim intizam məsuliyyətinə cəlb edilib
Arasdırma.infonun məlumatına görə, iclasda çıxış edən Şuranın sədri, Ədliyyə naziri Fikrət Məmmədov dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı mütərəqqi tədbirləri vurğulayıb, hüquqi sahədə islahatlara əsaslı təkan verən “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanın icrası üzrə ardıcıl işlərə toxunub.

Qeyd edilib ki, hakimlərin hədsiz yüksək olan iş yükünün azaldılması, süründürməçilik hallarının qarşısının alınması, işlərə vaxtında və daha keyfiyyətlə baxılması məqsədilə Fərmana uyğun olaraq hakim ştatlarının sayı 200 vahid artırılıb, məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması və sahibkarların hüquqlarının daha etibarlı müdafiəsi məqsədilə yeni ixtisaslaşmış məhkəmələr yaradılıb.APA.az

Paylaş
Xəbər lentİ