Arasdirma.info

Almaniya səfirliyi Seymur Həzi və Nigar Yaqublu cütlüyünə viza verməkdən imtina etdi

20-09-2019, 06:34

Almaniya səfirliyi Seymur Həzi və Nigar Yaqublu cütlüyünə viza verməkdən imtina etdi
Almaniyanın Azərbaycandakı səfirliyi AXCP-nin sədr müavini Seymur Həzi və xanımı, siyasi fəal Nigar Həziyə Şengen vizası verməkdən imtina edib.

Arasdırma.info bildirir ki, bu haqda Seymur Həzi özünun Facebook profilində məlumat yayıb: ”Həmişə belə düşünmüşəm; dünyanın ən yaxşı ölkəsində ikinci dərəcəli "azad"lığa sahib olmaqdansa, mübarizə aparıb birinci dərəcəli dustaq olmaq yaxşıdır. Almaniya səfirliyi Nigara və mənə viza verməkdən imtina etdi. Halbuki, səfirin müavininə öncədən yazdım və mənə yazdı ki, bizi konsulluğa tövsiyyə ediblər. Bir sözlə, bunlar -Almaniya diplomatları elə bilirlər ki, biz mühacirətə getmək istəyirik - səngərdən qaçan olsaydım niyə tutulurdum ki. Sadəcə, ayıb”.

Xatırladaq ki, Seymur Həzi polisə müqavimət göstərdiyi üçün həbs edilib və bir müddət öncə həbs müddətini başa vuraraq azadlığa çıxıb. Mənsub olduğu düşərgə onun həbsini siyasi xarakterli sayır.

Həbsxanada evləndiyi Nigar Yaqublu da məhbəs həyatı yaşayıb.

Musavat.com

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN