19 yaşlı gənc necə milyonçu oldu? – Əbülfəz Məlikovun oğlu ilə bağlı ilginc təfərrüat

Oxunma sayı: 513
7-10-2019, 08:06

19 yaşlı gənc necə milyonçu oldu? – Əbülfəz Məlikovun oğlu ilə bağlı ilginc təfərrüat
"Gömrük brokeri kimi məşhurlaşmış Əbülfəz Məlikovun 1990-cı il təvəllüdlü oğlu Murad Məlikov 19 yaşından şirkət sahibidir. "AMAR-ŞİRVAN" MMC vasitəsilə o, Şamaxıda xeyli torpaq sahəsi alıb”...


Bu haqda tanınmış araşdırmaçı-jurnalist Cavanşir Həsənli məlumat yayıb. Jurnalistin iddiasına görə, 2009-cu ildən bəri şirkət məhkəmələrə cəlb olunub, torpaq alqı-satqı müqavilələrinin saxta olması ilə bağlı iddialarla üzləşib: "Məsələn, məhkəmələrdə ortaya çıxan faktladdan biri Şamaxıda Mikayıl Əhmədov adlı şəxsə məxsus 3 hektar torpaq sahəsinin saxta sənədlərlə həmin şirkətə satılmasıdır”.

Amma hər nə qədər məhkəmə qalmaqalları ilə üzləşsə də, Murad Məlikov Bakıda restoran biznesini inkişaf etdirə bilib. Bununla yanaşı o, Gürcüstanda turizm şirkəti yaradıb, Britaniyada şübhəli biznes sahibi olub.

Məsələn, VAGO Travel Ltd şirkəti 2013-cü il iyulun 4-də Tiflisdə qeydiyyata alınıb. Tbilisi, Isani-samgoris Raionshi, Lekh Kachinskis K., N 84/5 ünvanında yerləşir.

Qeydiyyat sənədlərinə görə, şirkətin 50 faizlik hissəsi Gürcüstan vətəndaşı Şalva Jalabadzeyə, 50 faizlik hissəsi Murad Məlikova aiddir.

Gömrük brokerinin oğlunun Seyşeldə qeydiyyatdan keçmiş və postsovet məkanında çirkli pulların yuyulmasında ittiham olunan şirkətlərlə bağlantısı da varmış...(sfera.az)

Paylaş
Xəbər lentİ