“Mühacir biznesi” ilə bağlı yeni sənədlər yayıldı - FOTO

Oxunma sayı: 441
17-11-2019, 04:30

“Mühacir biznesi” ilə bağlı yeni sənədlər yayıldı - FOTO
Almaniyada siyasi sığınacaq almaq üçün hazırlanan saxta sənədlərlə bağlı beynəlxalq skandal davam etməkdədir.

Yenisabah.az-ın məlumatına görə, alman hökumətinin həbs və bir qrup mühacirin deport qərarından sonra ortya yeni faktlar çıxmaqdadır. Müsavat Partiyasının rəhbərliyi bu prosesdə iştirak etmədiyini bildirsə də, elə partiyada təmsil olunan bir qrup ictimai fəal əslində mühacir biznesinin uzun illərdir davam etdiyini açıq şəkildə bildirirlər.

Partiya rəhbərliyinin qeyri-səmimi olduğunu ortaya çıxan sənədlər də təsdiqləyir. Məsələn, Müsavat Partiyası mərkəzi aparatının rəhbəri Gülağa Aslanlının imzası ilə Almaniya hökumətinin rəsmisinə ünvanlanmış bu məktubda Hikmət Kazımlı adlı şəxsə mühacir statusu verilməsi üçün qeyd olunanlara diqqət yetirin:

“Bildirirk ki, Hikmət İlyas oğlu Kazımlıya Müsavat Partiyası tərəfindən verilən 23.11.2015-ci il tarixli sənəd və 25087 saylı Müsavat Partiyasının vəsiqəsi həqiqidir və Hikmət Kazımlı həqiqətən də 10.11.2014-cü il tarixdən Müsavat Partiyasının üzvüdür.

Onu da qeyd edirəm ki, sənəd imzalanandan sonra H.İ. Kazımlı barəsində Müsavat Partiyasına Almaniya dölətinin hər hansı strukturundan heç bir rəsmi sorğu daxil olmayıb.

Paylaş
Xəbər lentİ