“4 uşağı vardı, hərəsi də bir kişidən...” – Cümşüd Nuriyevdən daha bir qalmaqallı açıqlama

Oxunma sayı: 477
27-11-2019, 20:25

“4 uşağı vardı, hərəsi də bir kişidən...” – Cümşüd Nuriyevdən daha bir qalmaqallı açıqlama
Keçmiş istiqlalçı deputat, politoloq Cümşüd Nuriyev dünən axşamdan bəri bəzi sosial şəbəkə istifadəçiləri, həmçinin bəzi KİV tərəfindən tənqid atəşinə tutulub. O, dünən Azərbaycan Dövlət Televiziyasında yayımlanan “Əsas məsələ” verilişində Qarabağda döyüşmüş azərbaycanlı qadınları təhqir etməkdə ittiham edilir. İttihamlara görə, Nuriyev keçmiş döyüşçü qadınlar barəsində xoşagəlməz ifadələr işlədib. Bunun ardınca sosial şəbəkə istifadəçiləri onun barəsində sərt ittihamlar, təhqiqlər səsləndirməyə başlayıblar.
“Yeni Sabah” xəbər verir ki, AYNA-ya açıqlamasında məsələyə aydınlıq gətirən sabiq deputatın sözlərinə görə, onun sözügedən verilişdə söylədiyi fikirlər sosial şəbəkə istifadəçiləri tərəfindən konteksdən çıxarılıb: “Məni ittiham edənlər, heç olmazsa, bircə dəfə açıb həmin videoya baxsınlar, orada Qarabağda döyüşən qadınlardan söhbət getməyib. Mən Xanım Xəlilovadan və onun yanında olanlardan danışmışam. Demişəm ki, Xanım Xəlilovanın batalyonu var idi, onlar Milli Məclisə gəlib kişi söyüşü söyürdülər. Cəbhəçilər o qadınlardan istifadə edib bütün Parlamenti təhqir edirdilər. Xanım Xəlilova nə vaxt Qarabağda döyüşüb? Xanım Xəlilova bunlar üçün bu qədər maraqlıdırsa, gedib onu da müdafiə etsinlər”.



“Bu oyunlar mənə keçmir, sosial şəbəkələrdə yazılanlar da məni maraqlandırmır. Verilişdə dediyim faktların hansı birinin səhv olduğunu göstərsinlər. Mən konkret həmin dəstənin üzvlərini tanıyırdım, eləsi var idi ki, mənim işçim idi. Eləsi var idi ki, 4 uşağı vardı, hərəsi də bir kişidən idi. Dediyim sözün arxasında dururam. Əgər yazılanlar kimi demiş olsaydım, yenə də arxasında durardım. Yazmağa bir şey tapmayıblar, mənim fikirlərimi təhrif ediblər, konteksdən çıxarıblar. Olmayan şeyi yazanları öz vicdanlarına buraxıram”, - deyə C.Nuriyev əlavə edib.

Nuriyev vurğulayıb ki, o, sözügedən verilişdə Xalq Cəbhəsindən danışıb: “Mən konkret olaraq dedim ki, Xalq Cəbhəsinin bəzi adamlarını hakimiyyət daxilində müdafiə edirlər. Çünki bunlara açılmış cinayət işləri olduğu halda, həbs olunmurlar, cinayət işlərinin hamısı bağlı qalıb. Şuşa geti, Laçın getdi, bu qədər adam öldürüldü. Mən bu məsələlərə toxunmuşam. Mənim özümü belə, həbs etmişdilər. Ancaq indi hakimiyyətdə olan bir qrup adam həm xalqı, həm də hakimiyyəti təhdid etməklə mesaj verməyə çalışırlar ki, “biz olmasaq, vəziyyət gərginləşəcək”. Xalqa da deyirlər ki, “sizi ən çox sevən bizik”. Halbuki heç birini sevmirlər, ancaq öz pullarını sevirlər”.

Keçmiş deputat Qarabağda döyüşmüş qadınlara böyük dəyər verdiyini də dilə gətirib: “Qarabağda döyüşmüş qadınlar haqqında yüksək fikirdəyəm. Onlardan biri - Gülarə Musayeva yaxın dostum olub. Mən özüm də Qarabağ müharibəsində iştirak etmişəm, o zaman qadınları yanımızda görmək bizə ruh verirdi. Torpaqla bərabər gözümüzün önüdə olan ana-bacılarımızı qorumağa can atırdıq. Ona görə də daha yaxşı vuruşurduq. Qarabağda vuruşan bütün qadınların qarşısında baş əyirəm. Çünki onlar bu xalqın çox kişilərindən qeyrətlidirlər".

C.Nuriyev, həmçinin onu ittiham edənləri də ittiham edib: “Bunu bu gün gündəmə gətirmək ancaq ermənilərin işidir. Çünki bu gün Bakıda 32 min erməni var, sosial şəbəkələrdə bunu yazanlar da həmin ermənilərin trollarıdır. Yazmaq istəyirlərsə, hakimiyyət daxilində bu qədər nənəsi, anası erməni olan var, övladlarının qanında erməni qanı var, gedib onları axtarsınlar, onlardan yazsınlar. Hakimiyyətdə təmsil olunanların 19 faizi erməni əsillidir. Bunu məndən eşitmək istəyirlərsə, deyirəm. Nənəsi ermənini gətirib vəzifəyə qoyublar. İndi mənim haqqımda yazanlar da elə onların adamlarıdır”.

“Belə yazmaqla məni qorxutmağa, susdurmağa çalışırlar, ancaq mən elə şeylərdən qorxmuram, hər zaman sözümü deyəcəm. Kişilikləri çatırsa, açıq vursunlar, ölümdən qorxmuram. Onsuz da yeriyən ölüyəm, dost yanında, yoldaş yanında, ailə yanında gözükölgəli bir insanam. Mənə bundan artıq nə edəcəkdilər ki. Hər şeyi ediblər”, - deyə o vurğulayıb.Yenisabah

Paylaş
Xəbər lentİ