Ehtiyyatlı olun,Bakıda saxta 200-lüklər peyda olub.

Oxunma sayı: 403
2-12-2019, 18:19

Ehtiyyatlı olun,Bakıda saxta 200-lüklər peyda olub.
Azərbaycanda ən böyük əsginaz nominalı olan 200 manatlığın təzəlikcə dövriyəyə buraxılmasına baxmayaraq, dələduzlar artıq onu saxtalaşdırmağa cəhd ediblər. Bakının Binəqədi rayonunda saxta əsginazla bağlı ikinci hadisə qeydə alınıb.

Arasdırma.info Cahantv.az-a istinadən xəbər verir ki, Binəqədi rayonunun 4-cü Polis Bölməsinə 1993-cü il təvəllüdlü Əsəd Cəfərli müraciət edib.

Gəncin sözlərinə görə, o, Binəqədi şossesində mağazada satıcı işləyir. Ə.Cəfərli bildirib ki, naməlum alıcı onunla 200 manatlıq əsginaz vasitəsilə hesablaşıb.

Pulun saxta olduğunu satıcı sonradan, əsginaza diqqət edəndə anlayıb. Bu müddətdə həmin şəxs aradan çıxıb.

Faktla bağlı istintaqa başlanılıb. Əməliyyatçılar dələduzun kimliyini müəyyənləşdirməyə çalışırlar.

Paylaş
Xəbər lentİ