HANSI YAZIÇILAR DEPUTAT OLMAQ İSTƏYİR? - Anar "yox", Sabir "hə" deyir... (SORĞU)

Oxunma sayı: 423
15-12-2019, 05:19

HANSI YAZIÇILAR DEPUTAT OLMAQ İSTƏYİR? - Anar "yox", Sabir "hə" deyir... (SORĞU)
Tanınmış yazıçılar gələn il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edib-etməyəcəkləri barədə kulis.az-ın sorğusunu cavablandırıblar.
Arasdırma.info onların rəylərini təqdim edir:

Anar:

- Qəti şəkildə namizədliyimi vermək istəmirəm.

Aqil Abbas:

- Üç dəfə Milli Məclisə deputat seçilmişəm. Hər dəfə də namizədliyimi irəli sürməzdən əvvəl gedib seçicilərimlə görüşüb, məndən razı qalıb-qalmadıqlarını soruşmuşam. “Hə” cavabı aldığıma görə namizədliyimi vermişəm. Bu dəfə də elə edəcəm. Seçicilərim nə cavab versələr, ona da uyğun hərəkət edəcəm.

Nizami Cəfərov:

- Bu məsələ üzvü olduğum Yeni Azərbaycan Partiyasında müzakirə oluncaq və qərar qəbul ediləcək. Mən istənilən halda partiyanın seçiminə hörmət edəcəm. Sabir Rüstəmxanlı: - Vətəndaş Həmrəyliyi Partiyası seçkilərdə iştiraka qərar verdi. Özüm də qatılmaq istəyirəm. Hələ düşünürəm...

Musa Urud:

- Bu, Yeni Azərbaycan Partiyasının qərarına bağlıdır. Ona görə də mənim müstəqil fikir deməyim hələlik mümkün deyil.

Elçin Hüseynbəyli:

- Artıq neçənci seçkidir ki, Cəbrayıl ziyalıları, iş adamları məni deputat görmək istəyirlər. Özü də təkcə cəbrayıllılar yox. Bu barədə dəfələrlə mənə müraciət olub. Amma yaradıcılıq işlərimə görə sonraya saxaldım. Düşünürəm ki, xalqımızın problemi hər şeydən üstündür. Bizim Qarabağ kimi dərdimiz var. Daim o barədə, müxtəlif dillərdə yazsam da, daha yüksək tribunadan və motivasiyalı çıxışlara ehtiyac var. Sosial problemlər də öz həllini gözləyir.

Nəriman Əbdülrəhmanlı:

- Belə bir fikrim yoxdur, heç vaxt da olmayıb. Ümumiyyətlə, tribuna, danışmaq, həm də gözəl və mənasız, çox vaxt da yalan danışmaq mənlik deyil.

Rüstəm Behrudi:

- Sözün vəkilliyini yapmaqdan böyük nə ola bilər ki?! Verməyəcəyəm.

Rəşad Məcid:

- Namizədliyimi verməyəcəm.

Pərviz Cəbrayıl:

- Xeyr, namizədliyimi verməyəcəm. Hətta ölkədə fantastik həddə demokratik, şəffaf seçki olsa belə, millət vəkilliyi mənlik deyil.
“AzPolitika.info”

Paylaş
Xəbər lentİ