Azərbaycandakı “qanuni oğru” və “avtoritet”lərlə bağlı - RƏSMİ AÇIQLAMA

Oxunma sayı: 419
15-12-2019, 17:44

Azərbaycandakı “qanuni oğru” və “avtoritet”lərlə bağlı - RƏSMİ AÇIQLAMA
Son vaxtlar ölkədə baş verən cinayətlərdə adı hallanan şəxslərin bəziləri kriminal avtoritet və ya kriminal aləmin tanınmış üzvü kimi təqdim edilir.

Bəs hazırda Azərbaycanda “qanuni oğru” və ya “avtoritet”lər varmı?

Arasdırma.info Teref.aza istinadən xəbər verir ki, bu suala cavab tapmaq üçün Baku.ws-nin əməkdaşı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb.

Məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirdi ki, ölkədə bunun üçün real şərait yoxdur.

“Etiraf edək ki, müxtəlif adlar altında cinayətkarların ölkəmizdə fəaliyyət göstərməsi üçün heç bir real zəmin yoxdur. Cəmiyyət, ictimai münasibətlər dövlət qanunları ilə tənzimlənir”.

Qeyd edək ki, Azərbaycanda bu məsələ 90-cı illərin əvvəllərində aktiv idi. Lakin ulu öndər Heydər Əliyevin ölkə təhlükəsizliyilə bağlı yürütdüyü siyasət bir çox sahələr kimi bu məsələdə də müsbət nəticələr verdi.

Orxan Mansurzadə deyir ki, ümumiyyətlə bu məsələdə KİV də son dərəcə diqqətli olmalıdır.

“Bu xüsusda zəruri bir xatırlatma etmək istərdik ki, xüsusilə son zamanlar bir sıra KİV-lərdə “qanuni oğru” və ya “avtoritet”lər adı ilə kriminal aləmin bəzi tanınmış simalarının, islah olunmayan qatı cinayətkar-residivistlərin törətdikləri ağır cinayətlərin və bunun məntiqi nəticəsi kimi məhkəmələr tərəfindən uzunmüddətli həbs cəzalarına məhkum edilməklə yaşadıqları məhbəs həyatlarının faktiki təbliğ olunması gənc nəslin mili vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması işinə xələl gətirir.

Bu ölkəmizdə yürüdülən fəal hüquq-mühafizə siyasətinə, cəzanın labüdlüyü prinsipinə kölgə salır. Hüququn aliliyinin təmin olunduğu cəmiyyətlərdə, o cümlədən respublikamızda belə ifadələrin gündəlik dövrü mətbuatda işlədilməsi və yayılması əvvəllər məhkum olunmuş şəxslərin təbliği və təşviqi baxımından qətiyyən yolverilməzdir”, - deyə qurum rəsmisi bildirib.

Paylaş
Xəbər lentİ