Müğənnidən icra başısının ünvanına sərt sözlər: “Kartındakı pula…”

Oxunma sayı: 419
19-12-2019, 15:20

Müğənnidən icra başısının ünvanına sərt sözlər: “Kartındakı pula…”
Müğənni Kərim Abbasov Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyevi tənqid edib.

Arasdırma.info xəbər verir ki, Kərim Abbasov İnstaqramda foto payalaşaraq bu sözləri yazıb: “Sonra da deyirlər ki, müğənnilər beş-on minə toya gedirlər, qudurublar.

Amma demirlər ki, müğənni dövlət məmurları kimi kasıbın cibinə girmir, vergidən yayınmır və onun kartındakı pula gözünü tikmir. Allahın verdiyi səs və istedad ilə dolanır. Və yanında gələn 25 insanı o pulla dolandırır. Çox istərdim ki, ölüm hökmü bərpa olunsun”.

Qeyd edək ki, Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyevin mətbuatda həs edildiyi qeyd edilib.Teleqraf.com

Paylaş
Xəbər lentİ