İcra başçısının fantastik varidatı-ÖZƏL FOTOLAR

Oxunma sayı: 571
21-12-2019, 23:29

İcra başçısının fantastik varidatı-ÖZƏL FOTOLAR
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin əldə etdiyi milyonları təsdiq edən xeyli sayda fotolar yayılıb.

Əksər rayon və şəhər icra başçılarının gözqamaşdıran varitada sahib olmasını az qala ölkəmizdə kiçik yaşlı uşaqlar belə bilir.Zaman-zaman mətbuat səhifələrində onların milyonluq obyektləri,avtomobil kolleksiyaları,biri-birindən gözəl villaları haqqında məlumatlar dərc olunub.

Belə “balaca padşah”lardan biri də “olduqca kasıb”,”xeyriyyəçiliyi ilə ad çıxarmış” Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevdir.O Vidadi İsayev ki,bu günə kimi adı müxtəlif qalmaqallarda hallanıb.Hətta,Bərdədəki mənbəmizin dediyinə görə,iki dəfə də “qara maskalılar” tərəfindən naməlum istiqamətə aparılıb və qısa müddət sonra buraxılıb.

Kanal32.az-a məlumat verən mənbənin sözlərinə görə,Vidadi İsayev icra başçısı olduğu dönəmdə dövlət vəsaitlərinə əl qoymaqla,o cümlədən aldığı rüşvət və “şapka”larla böyük varidata sahib olub.Onun ölkənin müxtəlif yerlərində-Bakıda,Bərdədə,Goranboy rayonunun Ağcakənd kəndində torpaq sahələri,obyektləri və evləri var.

Readksiyamıza göndərilən fotolar isə icra başçısının Yevlaxda olan evinin,obyektlərinin və Sərhəd qoşunlarına məxsus hərbi hissəsinin yanındakı fermasının və 100 hektardan artıq əkin sahəsinin fotolarıdır.
İcra başçısının fantastik varidatı-ÖZƏL FOTOLAR
İcra başçısının fantastik varidatı-ÖZƏL FOTOLAR
İcra başçısının fantastik varidatı-ÖZƏL FOTOLAR
İcra başçısının fantastik varidatı-ÖZƏL FOTOLAR
İcra başçısının fantastik varidatı-ÖZƏL FOTOLAR

Paylaş
Xəbər lentİ