Başçının Dubay “mülkləri” yenə gündəmdə

Oxunma sayı: 484
23-12-2019, 03:20

Başçının Dubay “mülkləri” yenə gündəmdə
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev yenidən medianın gündəminə gəlib.

Arasdırma.info xəbər verir ki, vaxtaşırı olaraq qohumu, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin hədəfinə çevrilən və varidatı haqda məlumat yayılan Vilyam Hacıyevin “əmlaklarının siyahısını” bu dəfə bloger Həbib Müntəzir yayıb.

İnternetdə qısa axtarış verməklə bu siyahının tarixini müəyyənləşdirmək mümkündür. Bir neçə ildir gündəmə gətirilən bu xəbərlərdə maraqlıdır ki, heç bir dəyişiklik yoxdur: “mülk siyahısı” eynidir.

Artıq İcra Hakimiyyəti olaya reaksiya verib və təbii ki, yayılan məlumatı təkzib edib.

Əlbəttə ki, bu məqamda Hafiz Hacıyev vəzifəyə getməsində rolu olduğu, bu səbəbdən qohumunun ona daimi maddi dəstək öhdəliyi ilə bir ömür yükləndiyi, lakin bunu etmədiyi üçün düşmən kəsildiyini açıqca etiraf etdiyi başçı qohumu barədə susmayıb və demokrat.az-a danışıb.

Deyib ki, V.Hacıyevin bu qədər var-dövləti olmasına inanmır, ancaq Vilyam Hacıyevin kirayədə qalması da yalan məlumatdır:

“Hər halda onun yaxşı yaşaması üçün normal şəraitli evi var”.

Partiya sədri qeyd edib ki, Vilyam Hacıyev qorxağın biridir:

“Onda elə ağıl yoxdur ki, xarici ölkələrdə bahalı mülkləri olsun. Vilyam Hacıyevdə harada idi elə bacarıq ki, gedib xaricdə mülklər alsın! Bildiyimə görə, onun Gəncədə dədə-baba bir evi var. Vilyam Hacıyev həmin evi təmir etdirib. Bilirsiniz, o, bədbəxt və onun-bunun üçün işləyən adamdır. Mən Vilyam Hacıyevin özü üçün yaxşı gün ağlamasına inanmıram”.

Yeri gəlmişkən qeyd edək ki, Hafiz Hacıyevin qohumu haqda yayılan və rüşvət və korrupsiyaya eyham olan mülk siyahısını “özünə yaxşı gün ağlamaq” sayması da diqqətdən yayınmayıb.

Paylaş
Xəbər lentİ