Rüşvətə görə həbs edilən hakimdən - Şikayət

Oxunma sayı: 430
29-01-2020, 15:17

Rüşvətə görə həbs edilən hakimdən - Şikayət
Zaqatala tayon Məhkəməsinin keçmiş hakimi Arif İsmayılov barəsində olan hökmdən kasasiya şikayəti verib.

Teleqraf.com xəbər verir ki, Ali Məhkəməyə müraciət edən sabiq hakim barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Şikayət araşdırılması üçün hakim Hafiz Nəsibovun icraatına verilib.

Məhkəmə iclasının vaxtı açıqlanmayıb.

Qeyd edək ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Arif İsmayılov 2 il 6 ay, Şahid Allahverdiyev və Məmməd Yaqubov hər biri 1 il 6 ay azadlıqdan məhrum edilib.

Vəkillər Kollegiyasının üzvü olmuş Məmməd Yaqubov məhkəmə zalında həbs edilib.

Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə hər iki təqsirli bilinən şəxsin bəraət istəmələri barədə verdikləri şikayət təmin olunmayıb.

Qeyd edək ki, Məhkəmə-Hüquq Şurası və Baş Prokurorluğun yaydığı birgə məlumatına görə, qanunvericiliyin tələblərini kobud surətdə pozmasına və korrupsiyaya şərait yaradan hallara görə səlahiyyətlərinə xitam verilmiş Zaqatala Rayon Məhkəməsinin hakimi A.İsmayılov barəsində materiallar Məhkəmə-Hüquq Şurasının qərarına əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Materiallar üzrə cinayət işi başlanıb və istintaqın gedişində Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılov və onun məsləhətçisi Şahid Allahverdiyevin məhkəmənin icraatında olan mülki iş üzrə tərəflə qeyri-prosessual münasibətlər yaradaraq rüşvət tələb etmələri müəyyən edilib.

Bununla əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Arif İsmayılova Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma), Şahid Allahverdiyevə isə 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq araşdırması zamanı Vəkillər Kollegiyasının sabiq üzvü Məmməd Yaqubovun barəsində də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma aparılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 32.4, 312.1-ci (rüşvətə təhrik etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Rəsmi məlumata əsasən, həmin şəxslər məhkəmənin icraatında olan mülki iş üzrə tərəflə qeyri-prosessual münasibətlər yaradaraq rüşvət tələb ediblər.

Qeyd edək ki, Vəkillər Kollegiyasının üzvü olan Məmməd Yaqubov fərdi vəkil kimi fəaliyyət göstərib. O, 32 il vəkilliklə məşğul olub.

Paylaş
Xəbər lentİ