Yavər Camalovun oğlunun namizədliyi ləğv edildi

Oxunma sayı: 379
5-02-2020, 17:02

Yavər Camalovun oğlunun namizədliyi ləğv edildi
46 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizəd Camalov Rəşad Yavər oğlunun namizədliyi ləğv edilib.

Azvision.az xəbər verir ki, bu barədə məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə edilib. İclasda bildirilib ki, Rəşad Camalovun ikili vətəndaşlığı var. Bu səbəbdən onun namizədliyinin ləğv edilməsi barədə qərar qəbul olunub.
Qeyd edək ki, Rəşad Camalov Azərbaycanın mərhum Müdafiə Sənayesi naziri Yavər Camalovun oğludur.

Paylaş
Xəbər lentİ