Azərbaycanda seçicilərin sayı açıqlandı

Oxunma sayı: 383
8-02-2020, 16:51

Azərbaycanda seçicilərin sayı açıqlandı
Milli Məclisə seçkilərlə əlaqədar səsvermə hüququ olan şəxslərin sayı açıqlanıb.

Arasdırma.info xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib.


O bildirib ki, 5 milyon 329 min 460 nəfər seçkilərdə səsvermə hüququndan istifadə edə biləcək.

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.

Paylaş
Xəbər lentİ