Rauf Arifoğlu qələbəsini qeyd edir - Təcili

Oxunma sayı: 396
9-02-2020, 18:45

Rauf Arifoğlu qələbəsini qeyd edir - Təcili
35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun seçki qərargahında bu dəqiqlərdə qələbəlik və yüksək əhval-ruhiyyə yaşanır.

Arasdırma.info xəbər verir ki, Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutunun keçirdiyi sorğunun nəticələrinə görə, Rauf Arifoğlu 45,1 faiz səslə seçkidə qalib gəlib və deputat seçilib.

Rauf Arifoğlu artıq qələbə çıxışını da edib və komandasına əsas rəqibi, Ümid Partiyasının sədri İqbal Ağazadənin ünvanına hər hansı ağır ifadə işlətməməyi xahiş edib.

O bildirib ki, seçki bitdi, qələbə qazandıq və bundan sonra seçki prosesində səslənən ifadələr təkrar edilməməlidir.
Onu da qeyd edək ki,İqbal Ağazadənin qərəargahından verilən məlumata görə,qərargahda aparılan araşdırmalar və verilən səslərə görə İqbal Ağazadə liderdir.

Paylaş
Xəbər lentİ