İqbal Ağazadə şikayət etdi, MSK qərar verdi

Oxunma sayı: 469
11-02-2020, 03:25

İqbal Ağazadə şikayət etdi, MSK qərar verdi

Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

Arasdırma.info Teleqraf.com-a istinadla xəbər verir ki, iclasda Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Taleh Əliyevin fevralın 9-da Milli Məclisə seçkilərlə əlaqədar 35 saylı Xətai üçüncü seçki dairəsinin seçki məntəqələrində iddia edilən pozuntularla bağlı müraciətinə baxılıb.

MSK prosedura uyğun olaraq, müraciətə müvafiq dairə seçki komissiyasında baxılması haqda qərar verib.

Qeyd edək ki, 35 saylı Xətai üçüncü seçki dairəsində Ümid Partiyasının deputatlığa namizədi bu partiyanın sədri İqbal Ağazadə olub.

Sözügedən dairədə “Yeni Müsavat” media Qrupunun rəhbəri rauf Arifoğlu 49,2 faiz səslə qalib gəlib.

Paylaş
Xəbər lentİ