Real TV-nin seçki saxtalarlığından yazan işçiləri kanaldan uzaqlaşdırıldı

Oxunma sayı: 420
17-02-2020, 17:37

Real TV-nin seçki saxtalarlığından yazan işçiləri kanaldan uzaqlaşdırıldı
Real TV-nin üç tanınmış əməkdaşı işdən uzaqlaşdırılıb. Bunu onların özləri də təsdiq edib.
Arasdırma.info xəbər verir ki, Real TV-dən gedən tanınmışlar Ləman Ələşrəfqızı, Afət Telmanqızı və İlqar Mikayıloğludur. Ləman Ələşrəfqızı və Afət Telmanqızı fevralın 9-da keçirilən parlament seçkilərində deputatlığa namizəd idi. İlqar Mikayıloğlunun həyat yoldaşı Zülfiyyə Bayramova da seçkiyə namizəd kimi qoşulmuşdu. Onların Real TV-dən uzaqlaşması məhz bununla izah olunur.

Namizədlər seçkidə saxtakarlığına yol verilməsindən şikayətlənirlər. Afət Telmanqızı, Ləman Ələşrəfqızı sosial şəbəkələrdə şəxsi hesablarında namizəd olduqları seçki dairələrindəki saxtakarlıqlar barədə paylaşımlar ediblər. İddiaya görə, işlədikləri kanalın rəhbərliyi onlardan həmin paylaşımları silməyi tələb edib. Afət Telmanqızı “Yeni Sabah”a açıqlamasında bunu təsdiqləyib.
Real TV-nin seçki saxtalarlığından yazan işçiləri kanaldan uzaqlaşdırıldı
Afət Telmanqızı
Bildirib ki, rəhbərlik onların qarşısında şərt qoyub: “Biz də işdən çıxmağı seçdik. Təhdidlə şərt qoymuşdular. Biz isə yazdıqlarımızı silməməyi üstün tutduq. Dövlətə qarşı hansısa pis iş tutmamışıq. Sadəcə, seçkidə baş verən qanun pozuntuları ilə bağlı faktları ictimailəşdirmişik. Mən və Ləman xanım 9 fevral seçkilərinə namizəd kimi qatılmışdıq. İlqar Mikayıloğlunun isə xanımı namizəd idi. İndi necə ola bilər ki, orada baş verən qanun pozuntuları barədə danışmayaq? Bu həm də jurnalist kimi bizim borcumuzdur”.
Real TV-nin seçki saxtalarlığından yazan işçiləri kanaldan uzaqlaşdırıldı
Ləman Ələşrəfqızı isə hələ seçki prosesinin əvvəlində işdən uzaqlaşdırıldığını söyləyib.

Ləman Ələşrəfqızı Ləman Ələşrəfqızı
O, “Qafqazinfo”ya bildirib ki, parlament seçkilərinə qatılmaq barədə qərar qəbul etdiyi ərəfədə əmək müqaviləsinə xitam verilib: “Rəhbərlik müqavilənin vaxtını uzatmaqda maraqlı olmadı. Mənimlə işləməyi arzulamadı. Televiziya rəhbərliyi bizi istəmirsə, biz də orada işləmək istəmirik”.

Məsələni dəqiqləşdirmək üçün Real TV-nin rəhbəri Mirşahin Ağayevlə əlaqə saxlasaq da, o, telefon zənglərinə cavab verməyib.

Paylaş
Xəbər lentİ