Bakı tələbələri gətirən təyyarəni enməyə qoymayıb?

Oxunma sayı: 387
28-03-2020, 19:35

Bakı tələbələri gətirən təyyarəni enməyə qoymayıb?
Heydər Əliyev Beynəlxalq Aeroportu 27 mart tarixində Polşanın LOT aviaşirkəti tərəfindən Azərbaycana yerinə yetirilən çarter reysi ilə əlaqədar bir sıra məlumatlara aydınlıq gətirir.

Aeroportdan Axar.az-a verilən məlumata görə, 90 sərnişinlə (hamısı Azərbaycan vətəndaşıdır) Varşava-Lənkəran marşrutu üzrə hərəkət edən LOT aviaşirkətinə məxsus hava gəmisinin kapitanı texniki səbəblərdən çıxış hava limanına qayıtmaq barədə qərar qəbul edib.

LOT aviaşirkətinin hava gəmisi əvəz edildikdən sonra Varşavadan yola düşüb və yerli vaxtla saat 22:25 dəqiqədə Lənkəran hava limanına enib. Hava gəmisi ilə gətirilən bütün Azərbaycan vətəndaşları karantinə yerləşdirilib.

Sərnişinlər Lənkəranda düşürüldükdən sonra təyyarə sərnişinlərsiz Bakıya uçuş yerinə yetirmiş və 28 mart tarixində Bakı vaxtı ilə saat 02:20 dəqiqədə 19 sərnişinlə (hamısı Polşa vətəndaşıdır) Varşavaya yola düşüb.

Azərbaycan Hava Yolları QSC kütləvi informasiya vasitələrini və ölkə vətəndaşlarını yalnız rəsmi mənbələrdən daxil olan yoxlanılmış məlumatlara etibar etməyi tövsiyə edir.

Qeyd edək ki, ötən gün Varşavadan gələn və azərbaycanlı tələbələri gətirən təyyarəni Bakı hava limanının qəbul etmədiyi, ona Lənkərana enməklə bağlı təkidlə tələb verildiyi, layner kapitanının isə bu tələbdən "əsəbiləşərək" geri - Varşavaya qayıtdığı barədə sosial şəbəkədə məlumat yayılmışdı.

Paylaş
Xəbər lentİ