Fədayə Laçının ölüm xəbərini kim və niyə yaydı - FOTOLAR

Oxunma sayı: 736
12-11-2017, 16:57

http://cdn.musavat.com/news/thumbnails/2ffadfbc1ae0901782c648af8290a540.jpgAz öncə sosial şəbəkələrdə müğənni Fədayə Laçının ölüm xəbəri yayılıb.

Düzbucaqtv.info xəbər verir ki, iddiaya görə, məlumatı meyxanaçı Zarina paylaşıb. Maraqlıdır ki, F.Laçının adına olan İnstaqram səhifəsini işlədən şəxs xəbərdən şok keçirdiyini, Fədayə Laçının bacısı İlahə ilə əlaqə saxladıqdan sonra məlumat verəcəyini bildirib. Bir neçə dəqiqədən sonra isə sözügedən paylaşım səhifədən silinib.

Xəbərçi.az saytı isə Fədayə Laçının bacısı İlahə Fədaya istinadla, xəbərin yalan olduğunu yazıb. Bu arada F.Laçının guya intihara uğursuz cəhd etməsi də iddia edilib.

Maraqlıdı, qeyri-səhih informasiyanın yayılmasında müğənniyə bu və ya digər formada yaxın olan şəxslər niyə iştirak edir?

Xatırladaq ki, Fədayə Laçın kriminal avtoritet, "Qoca" ləqəbli Etibar Məmmədovun qaçmasında şübhəli bilinərək həbs edilib.http://cdn.axar.az/2017/11/12/fedaye-lacin.png

Paylaş
Xəbər lentİ