Kamil Zeynallı azadlığa çıxdı

Oxunma sayı: 361
22-05-2020, 16:42

Kamil Zeynallı azadlığa çıxdı
Karantin qaydalarını pozduğu üçün həbs edilən idmançı Kamil Zeynallı azadlığa çıxıb.

Arasdırma.info xəbər verir ki, o, 10 sutka inzibati həbs cəzasını başa vurduğu üçün sərbəst buraxılıb.

İdmançı mayın 12-də Nərimanov rayonu ərazisində karantin rejiminin qaydalarını pozduğu üçün saxlanılıb və Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutka müddətinə inzibati həbs edilib.

K.Zeynallı bu müddət ərzində Daxili İşlər Nazirliyinin Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılıb.Teleqraf.com

Paylaş
Xəbər lentİ