Arasdirma.info

Azərbaycanda ən çox hansı xəstəliklərin qeydə alındığı açıqlanıb

24-02-2017, 03:24

Azərbaycanda ən çox hansı xəstəliklərin qeydə alındığı açıqlanıbAzərbaycanda ən çox qeydə alınan xəstəliklərin siyahısı açıqlanıb.

arasdirma.info APA-ya istinadən xəbər verir ki, ötən il qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat, həzm orqanlarının, qan dövranı sisteminin xəstəlikləri, eləcə də yoluxucu və parazitar xəstəliklər üstünlük təşkil edib.

Bununla yanaşı sifilis, tetanus, su çiçəyi, bruselyoz, qarayara, ümumi kəskin bağırsaq infeksiyaları ilə xəstələnənlərin sayı bir qədər artıb.

Səhiyyənin prioritet sahələri olan ana və uşaqların sağlamlığı, şəkərli diabet, irsi qan xəstəlikləri, qan xidməti, xroniki böyrək çatışmazlığı, vərəm, yoluxucu xəstəliklərin immunoprofilaktikası üzrə həyata keçirilən tədbirlər nəticəsində xəstələrə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlib, bu xəstəliklər üzrə müayinələrin həcmi artırılıb.

Ana və uşaqların sağlamlığının qorunması sahəsində qəbul olunmuş dövlət proqramları uşaqlar arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölümün səviyyəsinin azaldılmasına, perinatal yardım islahatlarının davam etdirilməsinə, gənclərə göstərilən reproduktiv sağlamlıq və ailə planlaşdırılması xidmətlərinin yaxşılaşdırılmasına yönəldilib.

İlkin məlumatlara əsasən, 2017-ci ilin əvvəlinə ölkədə 32,6 min həkim və 55,0 min orta tibb işçisinin çalışdığı 559 xəstəxana və 1751 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərir və əhalinin hər 10 min nəfərinə orta hesabla 34 həkim və 57 orta tibb işçisi düşür.

A.M.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN