Bakıda mağazalara girdi, hamının borcunu ödədi

Oxunma sayı: 368
25-05-2020, 20:52

Bakıda mağazalara girdi, hamının borcunu ödədi
Bakıda adını açıqlamayan şəxs bir neçə mağazaya daxil olaraq, sakinlərin borclarını ödəyib.

Arasdırma.info xəbər verir ki, bu barədə Xəzər TV-də yayımlanan sujetdə məlumat verilib.

Belə hallar ən çox Bakı ətrafı kəndlərdə baş verir.Kiçik mağazalardan əsasən qonşular və tanışlar nisyə ərzaq götürür və əmək haqqı və təqaüd alanda ödəyirlər.Bu barədə məlumatı olan bəzi xeyirxah insanlar isə mağazadakı borc dəftərini satın alır,yəni bütün borclu olanların borcunu bağlayır.

Paylaş
Xəbər lentİ