Mehriban Əliyeva Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi

Oxunma sayı: 365
28-05-2020, 04:35

Mehriban Əliyeva Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” səhifəsində Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

APA-nın xəbərinə görə, təbrikdə deyilir:

“Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına möhkəm cansağlığı, sevinc, sevgi və səadət arzulayıram! Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı qorusun!”.

Paylaş
Xəbər lentİ