Bu şəhər və rayonlarda yenidən xüsusi karantin rejimi tətbiq ediləcək - Operativ Qərargah

Oxunma sayı: 405
18-06-2020, 15:57

Bu şəhər və rayonlarda yenidən xüsusi karantin rejimi tətbiq ediləcək - Operativ Qərargah
Ölkədəki vəziyyət təhlil olunub və karantin avqustun 1-dək uzadılıb. 1-ci klastr üzrə ciddi karantin şərtlərinə ehtiyac yaranıb.
Arasdırma.info Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva deyib.

Onun sözlərinə görə, 21 iyundan 5 iyul 06:00-a qədər ciddi karantin rejimi elan olunacaq. 1-ci klastr üzrə Bakı, Gəncə, Yevlax, Sumqayıt, Lənkəran şəhərləri və Masallı, Cəlilabad, Abşeron rayonları üzrə SMS xəbərdarlıq və xüsusi icazə ilə evdən çıxmaq qaydası tətbiq ediləcək, eləcə də ticarət mərkəzlərinin fəaliyyəti, ictimai iaşə obyektlərində yerində xidmətlər dayandırılacaq:

"Həmçinin, bərbərxana və gözəllik salonları, muzeylərin fəaliyyəti dayandırılacaq. 65 yaşdan yuxarı şəxslərin hərəkəti qadağan edilmir. Bakı metropoliteninin fəaliyyəti məhdudlaşdırılmır. Park və istirahət mərkəzləri də fəaliyyət göstərəcək".

Paylaş
Xəbər lentİ