Sərtləşdirilmiş karantin rejimində jurnalistlərin fəaliyyətinə icazə veriləcək

Oxunma sayı: 402
19-06-2020, 17:45

Sərtləşdirilmiş karantin rejimində jurnalistlərin fəaliyyətinə icazə veriləcək
Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək fəaliyyətinə icazə verilən şəxslər siyahısına kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri də daxildir.

Arasdırma.info xəbər verir ki, bu, Baş Nazir Əli Əsədovun imzaladığı "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" qərarda yer alıb.

Paylaş
Xəbər lentİ