Arasdirma.info

Azərbaycanın heç bir bölgəsində hotellərdə hovuzların fəaliyyətinə icazə verilmir

30-06-2020, 07:22

Azərbaycanın heç bir bölgəsində hotellərdə hovuzların fəaliyyətinə icazə verilmir
Hazırda Azərbaycanın dörd şəhər və beş rayonunda sərtləşdirilmiş karantin rejimi tətbiq edilir. Məhz bu səbəbdən də Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində hotel, istirahət və əyləncə məkrəzlərinin fəaliyyəti dayandırılıb.

365.az bildirir ki, buna baxmayaraq, karantin rejimi tətbiq edilməyən bölgələrdə yerləşən hotel və istirahət mərkəzlərində də müəyyən qadağalar var.

Belə ki, Şəki, Şamaxı, Nabran, Şabran kimi bölgələrdə hotellərin əksəriyyəti karantin rejiminə görə bağlıdır, fəaliyyət göstərənlərdə isə hovuzdan istifadəyə icazə verilmir.



Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bununla bağlı yaxın günlərdə açıqlama olacağını bildirib.

News24.az

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN