Cəbhədə Döyüş – 3 şəhidlmiz var.

Oxunma sayı: 447
12-07-2020, 17:32

Cəbhədə Döyüş – 3 şəhidlmiz var.
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.
Müdafiə Nazirliyindən “Report”a verilıən məlumata görə, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub.

Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

***

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Hər iki tərəfdən itki var.
Erməni tərəfindən ölənlərin sayı 30-a yaxındır.Sosial şəbəkələrdə ermənilərin 30-dan çox itki verdiyi haqda məlumatlar yayılıb.

Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepyanın Feysbukda yaydığı açıqlamaya rəy bildirən ermənilərin dedikləri bunu təsdiqləyir. Misal üçün, Maria Maria adlı istifadəçi yazır: “Siz insanları aldadırsınız, mənim qohumum orada qulluq edir, artıq 30-a qədər itkimiz var”.

Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
İctimaiyyətə əlavə məlumat veriləcək.

Paylaş
Xəbər lentİ