Qarabağın azadlığı uğrunda xalq küçələrə axışdı.

Oxunma sayı: 428
15-07-2020, 04:46

Qarabağın azadlığı uğrunda xalq küçələrə axışdı.
Ötən gün Qarabağa dəstək üçün xalq meydana axışdı.Tələb səfərbərlik və ermənilərlə döyüşə getmək idi.Əvvəlcə yüzlərlə insan Neftçilər prospekti boyunca hərbçilərimizə dəstək şüarları ilə Azadlıq meydanından Şəhidlər Xiyabanı istiqamətinə hərəkət edirlər.

İnsanlar "Şəhidlər ölməz, vətən bölünməz", "Vur, qır səngəri, Azərbaycan əsgəri" şüarlarını səsləndirirlər. Ərazidə polislər olsa da, xalqın qarşısını kəsən yoxdur. İnsanlar hər an Ali baş komandanın əmrini gözlədiklərini, müharibəyə hazır olduqlarını bildirirlər.
Yürüşdə iştirak edən ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, qısa müddətdə Qarabağ işğaldan azad edilməlidir:
“Gənclərimizdəki ruh yüksəkliyinə çox sevinirəm. Azərbaycan xalqı göstərir ki, işğal altındakı torpaqlarını unutmayıb. Xalq göstərir ki, vətən sevgisi ilə coşub-daşır. Bu cür gənclərimizlə biz qısa müddətdə işğal atında olan rayonlarımızı işğaldan azad edə bilərik. Yetər ki, bunun üçün komanda verilsin”.

Yürüşə qatılan təhlükəsizlik üzrə ekspert İlham İsmayıl isə bildirib ki, bu oğulları olan xalq heç zaman məğlub olmayacaq:

“Bu kişilər, bu oğullar olan yerdə məğlubiyyət yoxdur, qalibiyyət var, qalibiyyət var”.

Onun bu sözləri insanlar tərəfindən böyük coşqu ilə qarşılanıb. Xalq “Qarabağ!”, “Şəhidlər ölməz, vətən bölünməz!” şüarlarını səsləndirirlər.

Daha sonra İlham İsmayıl yol polisinin avtomobilindəki səsgücləndirici vasitəsi ilə xalqa müraciət edərək bildirib ki, biz müqəddəs yerdəyik:

“ Başqa yerə gedə bilmərik. Biz istəyirik ki, səfərbərlik elan edilsin, torpaqlarımızı işğaldan azad edək. Şəhidlərimizin ruhuna and içirik ki, əsgərimizlə bir yerdə olub, heç kimin təxribatına uymayacağıq. Düşmən görməlidir ki, biz vətən yolunda birik. Başqa da istəyimiz yoxdur. Sabah biz burada şəhidlərimizi dəfn edəcəyik, and içəcəyik. Ən böyük andımız bu müqəddəs yerdə olacaq. Bundan böyük yer yoxdur.

Reaksiya TV-nin rəhbəri Zaur Qəriboğlu çıxış edərək bildirib ki, ilk dəfədir ki, 1990-cı illərdən bəri Azərbaycan xalqı həmrəy şəkildə ayağa qalxıb, Şəhidlər Xiyabanına yürüş edib. Bunu bütün dünya, Ermənistan izləyir. Hər kəs Azərbaycan xalqının qeyrətini, namusunu gördü. Heç bir təxribatlara uymayın. Bu gün biz şəhidlərimiz üçün bura yığışmışıq.

Paylaş
Xəbər lentİ